Livan parlamenti 8-ci dəfə prezidenti seçə bilmədi



 14:27 02.12.2022     315

Livan parlamenti 8-ci dəfə prezidenti seçə bilməyib.

Demedia.az xəbər verir ki, deputatlar Mişel Avnidən sonra yeni prezidenti seçmək üçün səsvermə keçirib. Səsvermədə 128 vəkildən 111-i iştirak edib. Namizəd Mişel Muavvad 37 səslə ən çox etimad göstərilən siyasətçi olsa da, prezident olması üçün lazımi səsi toplaya bilməyib. Prezident seçilmək üçün deputatların əksəriyyəti bir nəfərə səs verməlidir.

Qeyd edək ki, səlahiyyət müddəti bitən Mişel Avn parlamentin 46-cı iclasında prezident seçilmişdi.

Bahadur Seyidov