Madurodan ABŞ-a çağırış



 16:15 02.12.2022     338

“ABŞ-ın Venesuelaya tətbiq etdiyi sanksiyaları yumşaltması doğru qərardır. Lakin yetərli deyil”.

Demedia.az xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro belə deyib. O bildirib ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sanksiyaları ilə Venesuelanı dünyanın iqtisadi sistemindən çıxarıb. “Azad seçkilər istəyirlərsə, biz də sanksiyasız seçim istəyirik” deyən Maduro, ABŞ-ı sanksiyaları aradan qaldırmağa çağırıb.

Qeyd edək ki, Venesuela hökuməti ilə ABŞ-ın dəstəklədiyi müxalifəti arasında dialoq bərpa edilib. ABŞ dialoqun uğurla davam etməsi üçün bəzi qadağaları ləğv edib.

Bahadur Seyidov