38 ildən sonra püskürən vulkanda partlayışlar davam edir



 10:28 02.12.2022     360

ABŞ-ın Havay əyalətində 38 ildən sonra fəaliyyətə keçən Mauno Loa vulkanında partlayışlar davam edir.

Demedia.az xəbər verir ki, partlayışlar güclü olmasa da, ətrafa axan lava bir neçə kilometr məsafəyə axıb. Yerli dairələr axan lavanın istiqamətini dəyişdirə biləcəyi ilə bağlı sakinlərə xəbərdarlıq edib. Hazırda bölgə üçün təhlükə yoxdur.

Qeyd edək ki, Mauno Loanı digər yanardağlardan fərqləndirən güclü partlayışlar müşahidə edilmədən lava püskürməsidir.

Vulkanın püskürməsini izləmək üçün minlərlə insan əraziyə gəlib. Vulkanın ətrafında fotolar çəkilib.

Bahadur Seyidov