Yataqda 30 saniyə bu vəziyyətdə uzanın - İNANILMAZ NƏTİCƏ



 21:34 02.12.2022     1157

Stresli bir günün sonunda, yaxud naməlum bir səbəbdən yuxuya gedə bilmirsiniz? 

Keyfiyyətli yuxu sağlamlıqdır. Normal yuxu yatmasanız, gün ərzində diqqət dağınıqlığı yaşayarsınız və işinizə yaradıcı yanaşa bilməzsiniz. Həmçinin, özünüzü bədbəxt və narahat hiss edərsiniz. Bu problemlərdən yaxa qurtarmaq üçün müəyyən yatmaq forması olduğunu da bilirdinizmi? Bu yatmaq forması bədəninizi və zehninizi rahatladacaq. Beləcə, keyfiyyətli yuxu yatmağınıza səbəb olacaq. 

Arxası üstə uzanın;
Dizlərinizi elə bükün ki, dabanlarınız bir-birinə dəysin;
Topuqlarınızı qasıq nahiyənizə yaxın tutun; 
Qollarınızı ombanızın iki tərəfinə uzadın, ovuclarınız açıq və üzü yuxarı olsun; 
Nəfəsinizi buraxın və qarın əzələnizin gərilməsini təmin edin; 
Büzdüm sümüyü ilə qasıq sümüyünüzün yaxınlaşdığının fərqinə varın; 
Sürətli nəfəs alın və verin; 
Dizlərinizi açıq tutun, bud sümüyünüzü və qasıq sümüyünüzü rahatladın; 
Çiyinlərinizin rahat olduğundan və boynunuzdan uzaqda olduğundan əmin olun; 
Bu formada 30-40 saniyə dayanın, yavaş-yavaş, amma dərindən nəfəs alın; 
Son olaraq, dizlərinizi və belinizi yaxşıca yatağa basın; 
 Dərin bir nəfəs verin, normal yatmaq formasına qayıdın; 
Dizlərinizi qucaqlayın, buraxmadan sağa-sola yellənin; 

Bu yatmaq formasının faydaları bunlardır: 

Daha keyfiyyətli yuxu yatarsınız. Bu yatmaq forması stresi və gərginliyi azaldır. Beləcə, yuxuya getməzdən qabaq beyninizə gələn narahat düşüncələrin qarşısı alınar. Sakitləşən zehin rahat yuxunun təminatçısıdır. Bundan əlavə, halsızlığınız da qeyb olacaq. 
Əzələlərinizi elastikləşdirir, nəfəsinizi nizamlayır. Bu yatmaq forması əzələlərinizdəki gərginliyi yox edir. Əzələ ağrıları xroniki ağrılarla özünü büruzə verə bilir. Müəyyən edilmiş yatmaq formasında isə əzələləriniz və bağ toxumalarınız da elastikləşir. Bundan əlavə,  bu yatmaq forması sizi dərin nəfəs almağa kökləyir. Beləcə, beyninizə və digər toxumalarınıza lazım olduğu qədər oksigen gedər. 
Orqanizmin elastikliyinə kömək edir. Bu formada yatanda qasıqlarınız, dizləriniz, baldırlarınız rahatlıqla elastikləşir. Həmçinin, bu nahiyələrdəki əzələlərin bərkliyi azalır. Bu yatmaq forması qan dövranını da nizamlayır. 

Bəs, diqqət edilməsi lazım olan məqamlar hansılardır? 

Bu formada yatanda qasıqlarınızda, dizlərinizdə və  ombanızda ağrılar ola bilər. Əgər bu ağrılarla rastlaşsanız, həmən bu yatış formasından əl çəkin. Çünki ağrılı proses orqanizmə fayda deyil, əksinə, ziyan verəcək. Hamilə qadınlar bu yatmaq formasını mütləq mütəxəssisin nəzarəti altında həyata keçirməlidir. Ən diqqət ediləsi məqam isə budur:  bu yatmaq formasında başınızı və döş qəfəsinizi dik tutun. Dəstək olması məqsədilə dizlərinizin altına adyal və ya yastıq da qoya bilərsiniz. Yeni doğan qadınlar  bu formada yata bilməzlər.  Yalnız doğuşdan 8 həftə sonra bu formada yata bilərsiniz. Çünki əzələlərin əvvəlki vəziyyətinə gəlməsi lazımdır. 

Tövsiyələr: 

Ombanızda və  dizlərinizdə hər hansı problem, yaxud narahatlıqlar varsa, bu yatmaq formasını mütləq dəstəkləyici yastıqların köməyilə həyata keçirin. 

Bahadur Seyidov / Demedia.az