Hindistan Cənubi Qafqazda nə axtarır? - Politoloq açıqladı
Hindistan indi də Azərbaycan-İsrail münasibətlərindəki növbəti strateji mərhələdən qısqanclığını nümayiş etdirə bilər.
Demedia.az xəbər verir ki, bunu politoloq Aqşin Kərimov deyib.
O bildirib ki, Hindistan İsraillə yaxşı münasibətlərə malikdir:
"Ancaq Azərbaycanın Türkiyə və İsraillə sürətlə və sərfəli şəkildə yaxınlaşması Hindistanı da narahat edir.
Buna görə də, Hindistan İran və Ermənistanla əməkdaşlığı möhkəmləndirməyə çalışır.
Hindistan Cənubi Qafqazda nə axtarır?
Məncə Pakistanla bağlı fikirlər taktiki tərəfləri göstərir, lakin Hindistanın daha geniş strateji maraqları var.
Böyük ehtimalla, Hindistan Zəngəzur dəhlizini özünün başlanğıc nöqtəsi olduğu Şimal-Cənub layihəsinin qolu olaraq görmək istəyir.
Üstəgəl, Hindistan dəhlizin Ermənistanın maraqlarına uyğun açılmasında maraqlıdır".
Xəyalə Məmmədova / Demedia.az