Laçın koridoru üzərində nəzarətimiz bərpa olacaq - Açıqlama
Demişdik ki, Azərbaycan Laçın koridoru ilə bağlı addım atacaq, məsələn onun girişində NBM quraşdıracaq. Olacaq.
Demedia.az xəbər verir ki, bunu politoloq Fərhad Mehtiyev deyib.
O bildirib ki, Laçın koridoru üzərində nəzarətimiz bərpa olacaq:
"Hökümətin bu məsələdəki addımları kifayət qədər açıq və yavaş olsa da, qərarlıdır.
Paşinyan bu nəticəni öngörmüş ola bilər, bəlkə elə bunu da istəyir.. Çünki özü də hazırda pat vəziyyətdədir və xarici bir faktorun məsələni yerindən tərpətməsini istəyir. Laçın korridoru üzərində nəzarətimiz bərpa olunduqdan sonra Ermənistan cəmiyyəti Qarabağdan bir dəfəlik ümidini üzəcək.
Bununla Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya biləcəkdir".
Xəyalə Məmmədova / Demedia.az