Ramil Səfərova görə Macarıstanla əlaqələri kəsən İrəvan... - Məsələ bağlanır
Ermənistan müxalifətinin əsas simalarından birinə çevrilən, il ərzində bir neçə dəfə baş nazir Nikol Paşinyana qarşı uğursuz küçə yürüşlərini təşkil edən “Hayastan” blokunun deputatı və “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, “Ermənistanın Macarıstanla diplomatik münasibətləri bərpa etmək qərarı biabırçılıqdır”.
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Saqatelyan bunu belə izah edib ki, bu tanınma Macarıstanda ermənini zabiti öldürən və Azərbaycanda qəhrəman kimi qarşılanan Ramil Səfərovu bağışlamaq anlamına gəlir:
"Birincisi, Macarıstan Avropa İttifaqının mövqeyi olan dövlətlərdəndir və bu dövlətlə diplomatik münasibətlərin olmaması Ermənistanın maraqlarına zidd idi. Bu səbəbdən vaxtilə Ramil Səfəvorun azad olunmasına qarşı Macarıstanla əlaqələri kəsən İrəvan bunun əbədiyyətə qədər uzanmasının onun maraqlarına cavab vermədiyini anladı. O ki qaldı, Ramil Səfərova, Macarıstandakı məlum hadisə erməni təxribatına ilk tutarlı cavab idi, ardınca Mübariz İbrahimov şücaəti və İkinci Qarabağ müharibəsi zamanı yüzlərlə qəhrəmanlıq nümunəsi qeydə alındı. Ancaq işimiz hələ bitməyib...".
Xəyalə Məmmədova / Demedia.az