Yanan suyun sirri BƏLLİ OLDU: Zəlzələ olacağını xəbər verir?



 21:02 02.12.2022     566

Türkiyənin Düzcə bölgəsində baş verən 5,9 bal gücündə zəlzələdən sonra Gölyakada artezian quyusundan çıxan alov marağa səbəb olub.

Demedia.az xəbər verir ki, yanan suyu görənlər gözlərinə inana bilməyib, sudan çıxan alov ətrafdakılar tərəfindən lentə alınıb. 

Bəs yanan suyun sirri nədir? Bu, zəlzələnin xəbərçisi ola bilərmi?

5.9 bal gücündə zəlzələdən sonra ortaya çıxan qazla bağlı alimlər bu cavabı verib:
"Belə hadisələr zəlzələdən sonra və ya ondan əvvəl baş verə bilər. Xüsusilə radon qazı çıxışı və ya hasilat miqdarının artması zəlzələləri təxmin etmək üçün istifadə edilən bir göstəricidir. Ancaq əgər çox və növləri müşahidə olunarsa, zəlzələni proqnozlaşdırmaq olar. Yalnız müsbət qaz göstəricisi zəlzələnin proqnozlaşdırılması üçün kifayət etmir. Hətta müsbət sayda göstərici və növlərin olması zəlzələnin olacağı anlamına gəlmir.
Bu şəkildə proqnozlaşdırılan, lakin baş verməyən zəlzələlər var.  Alovlanan artezian 5,9 bal gücündə zəlzələdə qırılan qırılmanın ətrafındadır".

Aysun / Demedia.az