WhatsApp yeni funksiyasını təqdim etdi! - İstifadəçilər üçün şad xəbər



 22:04 02.12.2022     642

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramı olan WhatsApp istifadəçilərinə yeni funksiyanı açmağa hazırlaşır.

Demedia.az xəbər verir ki, hələlik, xüsusilə Beta versiyada təklif olunan WhatsApp istifadəçiləri artıq keçmiş mesajlarını axtararkən tarixə görə filtrasiya edə biləcəklər.

Metanın ani mesajlaşma proqramı WhatsApp istifadəçilərinə yeni funksiyalar təqdim etməyə davam edir.

WABetaInfo-da yer alan xəbərə görə, 22.19.0.73 kodu ilə yenilənmə ilə yazışmalar arasında köhnə mesajları tapmaq xeyli asanlaşacaq.

Hələ də Beta mərhələsində olan yeni funksiya ilə istifadəçilər artıq mesajları axtararkən tarixə görə filtrasiya edə biləcək və yalnız istədikləri diapazonda mesajları görə biləcəklər.

Bu funksiyanın bütün WhatsApp istifadəçilərinə açılması ilə; Tətbiqə daxil olan istifadəçilər axtarış qutusuna gəldikdə açılan ekranda 'təqvim' işarəsini sıxaraq gün, ay və ili seçə biləcəklər.

Bu xüsusiyyət sayəsində istədiyiniz diapazondakı mesajları birbaşa görmək mümkündür.
Xüsusilə uzun müddət davam edən yazışmalarda tez-tez istifadə olunan sözlərdən ibarət mesajları tapmaq daha asan olacaq.

Aysun / Demedia.az