İranda əxlaq polisinin ləğvi islahat deyil - Politoloq



 13:15 05.12.2022     443

İranda əxlaq polisinin ləğvi islahat deyil, sadəcə etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, rejim bunu kiçik güzəşt kimi qiymətləndirir:

"Ancaq əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı – bu suala hələ aydın cavab verməyiblər. Ancaq çin şüşədən çıxıb. İran son 3 ayda qadınların bir qismi etiraz əlaməti olaraq onsuz da başlarını açırdılar və artıq kimsə onları polisə aparmırdı, yollarda “əxlaq polisi” də yoxa çıxmışdı. İranda başqa qadağalar da var, xarici televiziya kanallarına baxmaq, evlərin damlarında çanaq antenalar yerləşdirmək, Qərb musiqisini dinləmək yasaqdır. Bu qadağalar da ləğv olunacaqmı?".

Xəyalə Məmmədova / Demedia.az