SEPAH daxilində müxalif fikirlər: Parçalanma başladı



 14:00 05.12.2022     490

SEPAH-ın keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar Molla rejiminin “təhlükəsizlik” qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları da müsadirə edilib. Bəxtiyar daha əvvəl bir audio faylı yayaraq hökumətini “Mehsa Əmininin” ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.

O bildirib ki, ümumiyyətlə etiraz aksiyalarının şiddətlənməsi fonunda SEPAH daxilində müxalif fikirlərin səslənməsi diqqət çəkir:

"Ümumiyyətlə rejim SEPAH daxilində etirazçılara dəstək vermək istəyənlərin olmasından ehtiyat edir. Buna görə də ard-arda SEPAH-ın keçmiş üzvləri, hazırda çalışan və SEPAH-a yaxınlığı ilə seçilən ya saxlanılır, ya da müəmmalı şəkildə ölüm xəbəri yayılır.

Misal üçün İranın Məhkəmə Sistemi 4 nəfərin İsraillə kəşfiyyat sahəsində əməkdaşlıq etməsi ittihamı ilə edam cəzasına məhkum edildiyini açıqlayıb. Diqqətçəkən məqam isə İranın müxalifət mediasında həmin şəxslərin SEPAH-ın Qüds Qüvvələrinin 840-cı briqadasının üzvləri olduğu bildirilir.

Maraqlıdır ki, İran televiziya kanallarında da həmin 4 şəxsin SEPAH-ın Qüds Qüvvələrinin 840-cı briqadasının digər üzvü Mənsur Rəsulinin qaçırılmasında rol oynamaqda və ondan etiraf almaqda ittiham olunduğu deyilir".

Xəyalə Məmmədova / Demedia.az