Rusiyaya qarşı qadağaları pozan ölkələri cəzalandırmaq üçün yeni təklif hazırlandı
Avropa Birliyi Rusiyaya qarşı qadağaları pozan ölkələri cəzalandırmaq üçün yeni təklif hazırlayıb.
Demedia.az xəbər verir ki, yeni təklifə görə, Rusiyaya qarşı qadağaları pozan ölkəni Avropa Birliyi dövlətləri birlikdə cəzalandıracaq. Bildirilir ki, qadağaları pozan ölkələrə qarşı görüləcək tədbirlərin hazırlanmasını, araşdırılmasını və tətbiq edilməsini bütün Avropa Birliyi ölkələri birlikdə həyata keçirəcək. Açıqlamaya görə, bu qərar qəbul edildikdən sonra rus oliqarxların müxtəlif üsullarla Avropa ölkələrinin maliyyə strukturlarında gizlətdikləri sərvətləri üzə çıxarıla bilər. Qərar Avropa ölkələrinə digər dövlətlərdəki rus oliqarxlara qarşı tədbir görməyə imkan verəcək.
Qeyd edək ki, buna qədər Avropa Birliyinə daxil olan ölkələr rus oliqarxlara qarşı fərqli tədbirlər görürdü. Bəziləri rus oliqarxlara güzəştlər edirdi.
Bahadur Seyidov