Monqolustanda dinozavrların yeni növünün qalıqları tapıldı


Monqolustanda dinozavrların yeni növünün qalıqları tapılıb.
Demedia.az xəbər verir ki, tapılan qalıqların məxsus olduğu dinozavr dinamik olub və müasir su quşlarını xatırladır. “Nature Asia” nəşrində yayımlanan araşdırmaların nəticələrinə görə, dinozavr qalıqları onun "theropod" növünün ilk təmsilçilərindən olub. Dinozavrların bədəni hazırki quşların bədəni formasında olsa da, onlar uça bilməyiblər. Elm adamları hesab edir ki, theropod" növünün ilk təmsilçiləri olduqca iri bədənə sahib olub. Onlar suda üzə və suyun dərinliklərinə girə bilib.
"Theropod" növünün ilk təmsilçilərinin balıq və ya həşərat tipli heyvanlarla qidalandığını güman edilir.
Bahadur Seyidov