Saturn planetinin peykində yeni tapıntı
NASA “James Webb” teleskopu ilə Saturn planetinin peyki Titanda buludların olduğunu müəyyən edib.
Demedia.az xəbər verir ki, elm adamları hesab edir ki, Tutandakı atmosfer təzyiqi Yer planetindəki təzyiqdən 4 dəfə çoxdur. Məlumata görə, bu Titan peykində müəyyən edilən ən böyük buluddur. Məlumata görə, Titanın səthində buludları əmələ gətirən maye etan və metandır.
Qeyd edək ki, Titan peyku narıncı rəngdədir. Buna səbəb Titan peykinin atmosferinin azot və metan ibarət olmasıdır. Alimlər Titan planeti ilə bağlı araşdırmaları davam etdirir.
Bahadur Seyidov