ÜST-dən Çindəki etirazlara reaksiya



 17:42 05.12.2022     348

Çində pandemiya ilə bağlı qadağaların yumşaldılması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən məmnunluqla qarşılanıb.

Demedia.az xəbər verir ki, Ümumdünya Səhiyyə təşkilatının Qlobal Fövqəladə Hallar Direktoru Mişel Ryan qadağaların yumşaldılmasını dəstəklədiyini ifadə edib. O bildirib ki, Çinin “sıfır hal” siyasəti davam edə bilməz. Nümayəndə qeyd edib ki, koronavirusun növləri yüksək yoluxmaya malikdir. Buna görə də “sıfır hal” siyasətinin uğurlu olması mümkün deyil.

Qeyd edək ki, Çinin bir sıra şəhərlərində pandemiya ilə sərt qadağalara qarşı etiraz aksiyaları keçirilir. Bundan sonra Çin hökuməti qadağaları nisbətən yumşaldıb.

Bahadur Seyidov