Hindistan Rusiyadan neft almağı dayandırmayacaq
Hindistan Rusiyadan neft almağı dayandırmayacaq.
Demedia.az xəbər verir ki, bu barədə Hindistan hökumətindəki yüksək rütəbli nümayəndə NDTV-yə açıqlama verib. O bildirib ki, İran və Venesueladan fərqli olaraq Rusiyadan neft almağa məhdudiyyət yoxdur. Hindistanlı nümayəndə bildirib ki, Avropa İttifaqı xaricində daşınma, sığorta və maliyyələşdirmə kimi məsələləri təşkil edən hər kəs Rusiyadan neft ala bilər. Hindistanın xaricdən neft tədarük edən 30 şirkəti var.
Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Qərb ölkələri Rusiyadan neft tədarükünü tamamilə dayandırmaq istəyir.
Bahadur Seyidov