Dünyanın ən bahalı şəhərləri Nyu-York və Sinqapur oldu
Dünyanın ən bahalı şəhəri Nyu-York və Sinqapur olub.
Demedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın yayımladığı “Economist” nəşrinin yayımladığı hesabatında bildirilib. Nəşrin hər il yayımladığı “Ümumdünya Yaşayış Qiyməti” hesabatına görə, 172 şəhərdəki qiymətlər araşdırılıb. Araşdırma zamanı 400-dən çox qiymət, 200-dən məhsul və xidmətin qiymətləri müqayisə edilib.
Məlumata görə, dünyanın ən böyük şəhərlərində yaşayış qiyməti bu il orta hesabla 8,1 faiz artıb. Nyu-York ilk dəfə siyahıda birinci yerdə olub. Kiyev siyahıya daxil edilməyib. Moskva 37-ci olub.
Bahadur Seyidov