Tiktok sosial şəbəkəsi ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükəlidir
Tiktok sosial şəbəkəsi ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükəlidir.
Demedia.az xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey belə açıqlama verib. O bildirib ki, Tiktokun idarəçiliyi Çinin əlində olduğu üçün Pekin sosial mediadakı məzmunları manipulyasiya edir. Onun iddiasına görə, Çin Tiktok vasitəsilə topladığı məlumatları cəsusluq üçün istifadə edə bilər.
“Bütün məlumatlar bizimlə ortaq maraqlara xidmət etməyən hökumətin əlindədir. Bu hökumət ABŞ-ın maraqlarına xidmət etmir. Bu narahatlıq yaratmalıdır” - Kristofer Rey deyib.
Bahadur Seyidov