Ukrayna səfirliklərinə təhdid mesajları göndərilib



 11:29 06.12.2022     402

Ukraynanın müxtəlif ölkələrdə yerləşən səfirlikləri və konsulluqlarına təhdid mesajları göndərilib.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Ukraynanın Macarıstan, Hollandiya, İtaliya, Polşa və İspaniyadakı diplomatik nümayəndəliklərinə içərisində qana bənzər maye olan məktublar göndərilib. Məlumata görə, naməlum şəxslərin bu məktublarla hansı mesajı vermək istədiyi araşdırılır.

Qeyd edək ki, Ukraynanın Madriddə yerləşən səfirliyinə bağlamanın içində partlayıcı maddə göndərilib. Partlayış nəticəsində bir nəfər yaralanıb.

Bahadur Seyidov