Şimali Koreya ordusu Cənubi Koreya sərhədinə 130 top mərmisi atdı



 10:54 06.12.2022     353

Şimali Koreya ordusu Cənubi Koreya sərhədinə 130 top mərmisi atıb.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusundan açıqlama verilib. Bildirilir ki, mərmilər Cənubi Koreya sərhədindəki təhlükəsiz bölgəyə və ölkənin qərb sahillərinə düşüb. Bildirilir ki, təhlükəsiz bölgə iki ölkəarasında gərginliyi azaltmaq üçün qurulmuşdu. Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, Pxenyanın atəş açmasından sonra Şimali Koreyaya çox sayda xəbərdarlıq mesajı göndərilib.

Şimali Koreya sərhədə atılan mərmilərlə bağlı açıqlama verməyib.

Bahadur Seyidov