Neftlə bağlı qadağaya cavab verəcəyik - Peskov



 15:33 06.12.2022     469

Kreml sözçüsü Dmitri Peskov Rusiya neftinin qiymətinə tətbiq edilən qiymət məhdudiyyəti ilə bağlı yeni açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Rusiya bu həmləyə cavab verəcək. Onun sözlərinə görə, Rusiya qiymət məhdudiyyətini tanımayacaq və cavab tədbirləri ilə bağlı qərar hazırlayır. Peskov bəyan edib ki, qadağalara baxmayaraq Rusiya iqtisadiyyatı Ukraynadakı “xüsusi əməliyyatı”n xərclərini qarşılaya biləcək gücdədir.

Qeyd edək ki, Avropa Birliyi və G7 ölkələri dəniz yolu ilə daşınan Rusiya neftinin qiymətinə 60 dollar qiymət məhdudiyyəti tətbiq edib.

Bahadur Seyidov