Vulkan püskürməsi yaşayış məntəqələri üçün təhlükə yaratdı



 13:34 06.12.2022     351

İndoneziyanın Şərqi Cava əyalətindəki Semeru yanardağında vulkanın püskürməsi yaşayış məntəqələri üçün təhlükə yaradıb.

Demedia.az xəbər verir ki, vulkan ətrafında yerləşən yaşayış məntəqələrindən 2 min nəfər təxliyə edilib. Vulkan püskürməsində yanardağın ətrafındakı 6 kənd zərər çəkib. Lakin sakinlər arasında yaralılar olmayıb. Məlumata görə, yanardağdakı partlayışlar nəticəsində kül və duman 1500 metrə qədər yüksəlib.

Bununla belə, yanardağın səbəb olduğu kül və duman hava nəqliyyatı üçün təhlükə yaratmayıb.

Bahadur Seyidov