Yunanıstan ordusu Rodos adasında təlimlər keçdi
Yunanıstan Silahlı Qüvvələri hərbi fəaliyyətin qadağan edildiyi Rodos adasında təlimlər keçirib.
Demedia.az xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası məlumat yayıb. Bildirilir ki, “Kolossos” adlı hərbi təlimlər zamanı adadakı bütün sistemlər “təcili” vəziyyətə gətirilib. Təlimlər zamanı təhdidlərə qarşı görüləcək tədbirlər test edilib. Təlimlərə hərbi vasitələr, motorlu piyada birləşmələri, xüsusi təyinatlılar və hava qüvvələrinə aid birliklər cəlb edilib.
Qeyd edək ki, Rodos və Oniki adalarında beynəlxalq sazişin şərtlərinə görə hərbi fəaliyyət həyata keçirmək qadağandır.
Bahadur Seyidov