Nigeriya ordusu terrorçular üzərində qələbə qazandı



 14:29 06.12.2022     330

Nigeriya ordusu Borno əyalətindəki Martte bölgəsində təhlükəsizliyi təmin edib.

Demedia.az xəbər verir ki, Martte Boko Haram terrorçularından təmizlənib. Məlumata görə, təhlükəsizlik təmin ediləndən sonra evlərindən köçmək məcburiyyətində qalan 5704 sakin geri qayıdıb. Sakinlər hökumətin inşa etdiyi binalara yerləşdirilib. Məlumata görə, ərazi illərdir Boko Haram terrorçularının nəzarətində idi.

Qeyd edək ki, Boko Haramın hücumları nəticəsində minlərlə insan evlərindən köçmək məcburiyyətində qalıb. Sakinlər qonşu ölkələrə və vilayətlərə köçüb.

Bahadur Seyidov