Seneqal parlamentində qarşıdurma - Qadın deputatı döydülər
Seneqal parlamentində gərginlik baş verib.
Demedia.az xəbər verir ki, gərginliyə səbəb müxalifət partiyasının kişi nümayəndəsi Masata Sambın hakim partiyanın qadın millət vəkili Amy Ndiayenin başına zərbə vurması olub. Ardınca tərəflərə digər millət vəkilləri də müdaxilə edib və qarşıdurma dərinləşib. Qarşıdurma zamanı zərbə alan qadın millət vəkili müxalifət nümayəndəsinin hücumuna cavab olaraq ona oturacaq atıb. Gərginlik bir müddət davam edib və ardınca səngiyib.
Məlumata görə, gərginlik büdcə ilə bağlı aparılan dinləmələr zamanı qeydə alınıb.
Bahadur Seyidov