Erməni separatçıları anlayırlar ki... - Politoloq açıqladı



 13:02 06.12.2022     636

Erməni separatçıları anlayırlar ki, Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan sərhədçilərinin nəzarət postu yerləşdirəcəyi zaman məsələsidir.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, onlar Rusiya hərbi kontingentinə yalvarırlar ki, bu baş verməsin:

"Separatçılar bu gün Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Andrey Volkovdan izah istəyiblər. O da and-aman edib ki, guya onun sözləri yanlış anlaşılıb, yolda azərbaycanlıların nəzarət postu olmayacaq, sadəcə texniki avadanlıqlar quraşdırılacaq. Bu Volkov nala-mıxa vurur, onun yolda azərbaycanlı jurnalistlərin suallarına verdiyi cavablar sadəcə bizi sakitləşdirmək və diqqəti yayındırmaq məqsədi daşıyırdı. Bu məsələlərin Volkova aiddiyyatı yoxdur, problemlərin həlli yüksək səviyyədə həll olunmalıdır".

Xəyalə Məmmədova / Demedia.az