İranda baş verənlər SSRİ-nin son dövrünü xatırladır - Natiq Cəfərli



 15:00 06.12.2022     602

İranda bu gün baş verənlər SSRİ-nin son dövrünü, hardasa 1986-87-ci illəri xatırladır. Əslində İran və SSRİ sistem, ideologiya, metadologiya olaraq bir-birinə çox yaxın ölkələrdir – SSRİ millət, kimlik anlayışını unutdurub hamıdan “sovet adamı” düzəltmək, davranış qaydalarını, hətta geyim-gecimlərini, düşüncə tərzini dizayn-nəzarət etmək istəyirdi (sovet vaxtı “stilyaqaları” geyimlərinə görə təqib edirdilər), imperiyanı qorumaq üçün kommunist, əslində cəlbedici olan “sol” ideologiyanı ifrat hala salıb, istismar etməyə çalışdı.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, eyni ilə İran da müqəddəs Dinimizi, inancı öz dövlət ideologiyasına xidmət etmək, Fars imperiyasının inersiyasını qorumaq üçün istismar edərək insanların davranış qaydalarına, geyim tərzinə, düşüncənə nəzarət etməyə başladılar:

"İran rejimi də millət, etnik kimlik anlayışlarını “ümmətlə” əvəz edərək yeni insan tipi yaratmağa çalışırdı.

SSRi-də 1985-86-cı illərdə “qlasnost”, “perestroyka” kimi anlayışlar yaranan kimi sistem çart verməyə başladı, sonra isə bütün qalnı əməllərlə İmperiyanı qorumaq cəhdlərinə baxmayaraq (Alma-ata, Tiflis, Vilnyus, Bakı) sistem çokdü.

Bu gün İranda əgər sitemə qarşı etirazlar rejimi geri addım atmağa (“Əxlaq polisinin” ləğvi xəbərləri, İran konstitusiyasına dəyişikliklərin təklifi) məcbur edirsə bu da sonun başlanğıcı, sistemin çart verərək zəifləməsi deməkdir – yəni, SSRİ analogiyasına görə 1986-87-ci illərdir, 1990-91-ci illərə çox az qalıb...".

Xəyalə Məmmədova / Demedia.az