Rusiya da bu təlimlərdən dərs çıxaracaq - Politoloq
Türkiyə və Azərbaycanın birgə "Qardaş Yumuruğu" hərbi təlimləri Tehrandakı isti başlara soyuq duş effekti verdi.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, bundan sonra Azərbaycana qarşı hərhansı bir "əzələ' nümayişində qarşısında "Qardaş Yumuruğunu" görəcək:
"Tehran rejiminin Azərbaycanla bağlı strateji xəttində müsbətə doğru dəyişikliklər gözlənilmir. Proseslər iki ölkə səfirliklərinin geri çağırılması ilə nəticələnə bilər.
Rusiya da bu təlimlərdən dərs çıxaracaq. Qarabağda hoqqabazlıqları, separatçıları silahlandırması azmışkimi
Laçın dəhlizində Azərbaycanın gömrük postunun qoyulmasının qarşısını alır.
Laçın dəhlizində Azərbaycanın Rusiya sülhməramlı qüvvələri ilə birgə gömrük postunun qoyulması Kreml tərəfindən qəbul edilməyib. Azərbaycan məcburi şəkildə bunu etməlidir.
Qeyd edim ki, Türkiyə və Azərbaycan birgə ordu birləşməsi yaradılması labüddür. Bu birlik ölkəmizə qarşı siyasi və hərbi təzyiqləri neytrallaşdıracaq baxımından xüsusi əhəmiyyət kəsb edir".
Xəyalə Məmmədova / Demedia.az