Ürəktutmasından vəfat edən polkovnik Elşən Kərimov kimdir? - VİDEO/FOTO



 13:11 07.12.2022     1315

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib.

O, 49 yaşında ürəktutmasından dünyasını dəyişib. E. Kərimov Qobustan rayonunun Bəklə kəndində torpağa tapşırılıb.

Polkovnik Elşən Kərimov Əlibayram oğlu - 1973-cü il may ayının 16-da Qobustan rayonunun Bəklə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına məktəbi bitirib. Daha sonra Rusiyanin Nijni-Novqorod şəhərində təhsilini davam etdirib. 3-cü kursun sonunda növbədənkənar Leytenant rütbəsi verilib və müharibəyə göndərilib. 1999-2000-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb. 

Elşən Kərimov Birinci Qarabağ müharibəsində 3 dəfə yaralanıb, başından və ayağıdan qəlpə yaraları alıb. Vətən müharibəsi iştirakçısı, Silahlı Qüvəllər veteranıdır.

Evlidir, bir oğlu və bir qızı var. Oğlu Kərimov Teyyub Elşən oğlu - Daxili qoşunların ali hərbi məktəbində ikinci kurs tələbəsidir.

Qeyd edək ki, Elşən Kərimov uzun müddət Azərbaycan Ordusunda xidtmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.

Demedia.az

1

1

1

1

1

1

1