Latviya Rusiyanın “TV rain” televiziyasına verilən icazə ləğv etdi



 15:45 07.12.2022     341

Latviyada fəaliyyət göstərən Rusiyanın “TV rain” televiziyasına verilən icazə ləğv edilib.

Demedia.az xəbər verir ki, bu barədə Latviyanın  Milli Radio və Televiziya Şurasından açıqlama verilib. Bildirilib ki, buna səbəb kanalın fəaliyyətinin ölkənin milli təhlükəsizliyini və ictimai asayişini təhdid etməsidir. Açıqlamada deyilir ki, hər kəs Latviyanın qaydalarına əməl etməli və hörmətlə yanaşmalıdır.

Qeyd edək ki, bundan əvvəl “TV rain” Krımın Rusiya ərazisi olduğuna dair xəritə yayımlamışdı. Televiziyada Rusiya lehinə bir sıra təbliğatlar aparılmışdı..

Bahadur Seyidov