Somali ordusu terrorçuların qərargahını ələ keçirdi



 18:32 07.12.2022     323

Somali ordusu Əş-Şəbab terror təşkilatının əsas qərargahının olduğu Aden Yabal vilayətini terrorçulardan azad edib.

Demedia.az xəbər verir ki, bu barədə Somali ordusundan açıqlama verilib. Bildirilib ki, Moqadişodan 245 kilometr məsafədə yerləşən Aden Yabalda təhlükəsizlik tam təmin edilib. Vilayətin terrorçulardan təmizlənməsi üçün 2 gündən çox antiterror əməliyyatları aparılıb. Terrorçuların mümkün terror hücumlarına qarşı tədbirlər həyata keçirilib.

Məlumata görə, buna qədər terrorçular vilayətdə öz hakimiyyətlərini quraraq, yerli sakinləri köç etməyə məcbur ediblər.

Bahadur Seyidov