Macarıstan Ukraynaya 18 milyard avro verilməsini nəzərdə tutan sənədi veto etdi
Avropa Birliyinin Ukraynaya 18 milyard avro dəstək verilməsini nəzərdə tutan sənədi Macarıstan tərəfindən veto edilib.
Demedia.az xəbər verir ki, Avropa Birliyinin 27 üzvünün maliyyə nazirləri Brüsseldə bir araya gəlib. Toplantının yekunları barədə açıqlama verən Çexiya tərəfi bildirib ki, Ukraynaya 18 milyard avro dəstəyi nəzərdə tutuan sənəd qəbul edilməyib. Buna səbəb Macarıstanın vetosu olub. Sənədin qəbul olunması üçün bütün üzvlərin razılığı olmalıdır.
Məlumata görə, Avropa Birliyi Macarıstanın razılığının diqqətə alınmayacağı sənəd üzərində işləyir.
Bahadur Seyidov