Çin Yaponiyanı əməkdaşlığa çağırdı
Çinin xarici işlər naziri Vanq Yi Yaponiyanı əməkdaşlıq etməyə çağırıb.
Demedia.az xəbər verir ki, o bildirib ki, Yaponiya “Oyun tələsi”nə düşmək əvəzinə, "əməkdaşlıq axtaran tərəfdaş" olmalıdır. O, Tokioda təşkil edilən “Çin-Yapon forumu”na göndərdiyi çıxışında bildirib ki, Yaponiya ABŞ-ın Çin əleyhinə olan planlarına dəstək verib. “Yaponiya Çini qlobal iqtisadiyyatdan təcrid edən layihələrə dəstək verməməlidir” deyən Vanq Yi, Tokionu səmimi olmağa çağırıb.
Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa isə bildirib ki, iki ölkə arasında əməkdaşlıq potensialı olsa da, tərəflər arasında fikir ayrılıqları var.
Bahadur Seyidov