Çin pandemiya ilə bağlı karantin tədbirlərini yumşaldır



 17:28 07.12.2022     337

Çin pandemiya ilə bağlı karantin tədbirlərini yumşaldıb.

Demedia.az xəbər verir ki, bundan sonra sakinlərin evdə karantində qalmasına icazə veriləcək. Qərarə görə, koronavirusu yüngül keçirənlər, koronavirus xəstəsi ilə təmasda olduğu güman edilən şəxslər evdə karantində qala bilər. Həmçinin insanların koronavirusun cavabını göstərmək tələbi də ləğv edilir.

Qeyd edək ki, Çində pandemiya ilə bağlı “sıfır hal” siyasəti tətbiq edilir. Bu məqsədlə sərt tədbirlər həyata keçirilirdi. Lakin sakinlərin etirazlarından sonra qadağalar yumşaldılıb.

Bahadur Seyidov