ABŞ Tayvana 428 milyon dollarlıq hərbi dəstək verəcək



 23:11 07.12.2022     793

ABŞ Tayvana 428 milyon dollarlıq hərbi dəstək verəcək.

Demedia.az xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti Tayvana 428 milyon dollarlıq hərbi dəstəyin göstərilməsini təsdiq edib. Məlumata görə, satış iki hissədən ibarət olacaq. Açıqlamada deyilir ki, Tayvana 330 və 98 milyon dəyərində “F-16” və “C-130” təyyarələri ilə silah sistemlərinin ehtiyat hissələrinin satışına icazə verilib. Bildirilir ki, Tayvana mümkün satışlar ABŞ-ın iqtisadi, milli və təhlükəsizlik maraqlarına və alıcının etibarlı müdafiə qabiliyyətini saxlamasına xidmət edir.

Qeyd edək ki, ABŞ bundan əvvəl də Çin ilə gərginlik yaşayan Tayvana hərbi dəstək verib.

Bahadur Seyidov