Çin Yaponiyanın müdafiə büdcəsini artırmasından narahatdır
Çin Yaponiyanın müdafiə büdcəsini artırmasından narahatdır.
Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning açıqlama verib. O bildirib ki, Tokionun müdafiə xərclərini artırması Asiyadakı qonşuları tərəfindən narahatlıq doğurur. Sözçünün açıqlamasına görə, Yaponiya müdafiə xərclərini son 10 ildə mütəmadi artıraraq, buna səbəb kimi regiondakı hərbi gərginliyi bəhanə edir. Mao vurğulayıb ki, Yaponiya özünün təcavüzkar ekspansionist keçmişi ilə hesablaşmalı, Asiyadakı qonşularının təhlükəsizlik qayğılarına hörmət etməlidir.
Qeyd edək ki, Yaponiya 5 illik hərbi büdcəsini 50 faiz artırıb.
Bahadur Seyidov