Gəlirlərin deklarasiyası ilə bağlı yeni qanunun qəbuluna ehtiyac var - İqtisadçı



 13:59 08.12.2022     558

1989-cu ildə Parisdə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) təsis edilən zaman çirkli pulların qlobal dövriyyəsi 50 milyard dollar qiymətləndirilirdisə indi bu rəqəm 1 trilyon dollaradək yüksəlib.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu isə ondan xəbər verir ki, FATF vasitəsi ilə son illər qlobal qaydalar müəyyənləşdirilsə də belə çirkli pulların dövriyyəsində artım müşahidə olunub:

"Qanun layihəsi ilə bağlı aktivlərin səhvən dondurulması zamanı kompensasiyanın ödənilməsi və eləcə də ölkədaxili siyahılar tərtib edilərkən meyarların müəyyənləşdirilməsini təklif etdim.

Eyni zamanda vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələrinin vacibliyi toxunaraq bu sahədə yeni qanunun qəbuluna ehtiyac olduğunu bildirdim. Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunsa da amma reallıqda tətbiq olunmur. Bu baxımdan, Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var. Bütövlükdə şəffaflığın artırılması üçün xüsusilə vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır".

Xəyalə Məmmodova / Demedia.az