Xankəndinə, Xocalıya tankla deyil, yumuşaq güc vasitəsilə girəcəyik - Politoloq



 15:02 08.12.2022     570

Biz Xankəndinə və Xocalıya tankla deyil, yumuşaq güc vasitəsilə girəcəyik. Təbii ki, yumuşaq gücün arxasında, hərbi güc durur.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycan rəsmiləri, Kütləvi informasiya vasitələrinin nümayəndələri etnik ermenilerin yaşadığı əraziyə girə bilər:

"Sülhməramlı qüvvələr onların qarşısının alınmasında deyil, onların təhlükəsizliyini təmin etməlidir.

Göründüyü kimi Rusiya sülhməramlı qüvvələri öz missiyalarindan kənar, erməni separatçılarını qorumaqla birbaşa təlimatı Kremldən alır. Proseslər Azərbaycanın Laçın yolunda gömrük postunun qoyulması ilə nəticələnəcək. Çünki, baş verənlər Azərbaycanın suverenliyini təhdid edir. Rusiya Qarabağda ermənilərin reinteqrasiyasına imkan verməyərək, Vardan Rubinyan vasitəsilə yeni təxribatlara hazırlaşır. Azərbaycanın qətiyyətli addımları bu təxribatların qarşısını ala bilər".

Xəyalə Məmmədova / Demedia.az