“İsveç Türkiyə və Finlandiya ilə imzalanmış memorandomun şərtlərinə ciddi yanaşır”



 14:34 08.12.2022     339

“İsveç Türkiyə və Finlandiya ilə imzalanmış 3-lü memorandomun şərtlərinə ciddi yanaşır”.

Demedia.az xəbər verir ki, ABŞ-da səfərdə olan İsveçin xarici işlər naziri Tobias Billström belə açıqlama verib. O bildirib ki, İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır. Nazirin sözlərinə görə, razılaşmanın müxtəlif bəndləri ilə bağlı irəliləyiş var.

Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına razılıq vermək üçün bəzi şərtlər irəli sürüb. Türkiyə Finlandiya və İsveçdən PKK terror təşkilatına verdiyi dəstəyi dayandırmağı tələb edir.

Bahadur Seyidov