Liviya Yunanıstana etiraz etdi - Ölkənin suverenliyi pozulub
Yunanıstanın Aralıq dənizinin Liviya ilə sərhəd ərazilərində neft və qaz kəşfiyyatı və qazma fəaliyyəti üçün xarici şirkətlərlə razılaşma əldə etməsi Tripoli tərəfindən etirazla qarşılanıb.
Demedia.az xəbər verir ki, Liviyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Yunanıstan Liviyadakı gərginlikdən istifadə edərək, Tripoliyə öz maraqlarına uyğun şərtləri diktə etməyə çalışır. Açıqlamaya görə, Liviya Grit adasının cənubunda və cənub-qərbində Yunanıstana axtarış fəaliyyətləri ilə bağlı tutduğu mövqeyə görə xəbərdarlıq edib, qınayıb və rəsmi etirazını bildirib.
Liviyanın Xarici İşlər Nazirliyi ölkənin suverenliyinin bütün diplomatik yollardan istifadə edərək qoruyacağını ifadə edib.
Bahadur Seyidov