Şengen zonasına daxil olan ölkələrin sayı artırılır



 15:33 08.12.2022     362

Şengen zonasına daxil olan ölkələrin sayı artırılır.

Demedia.az xəbər verir ki, Avropa Birliyi Komissiyasından bildirilir ki, bununla bağlı daxili işlər nazirlərinin Brüsseldəki toplantısında müzakirələr aparılır. Məlumata görə, daxili işlər nazirləri səs birliyi ilə Xorvatiyanı Şengen zonasına qəbul edəcək. Məlumata görə, Bolqarıstan və Rumıniyanın da Şengen zonasına daxil olması məsələsi müzakirə ediləcək. Lakin siyasi məsələlərə görə, Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması rədd ediləcək. Açıqlamada deyilir ki, Avropa Birliyinə daxil olan ölkələrin daxili işlər nazirləri Bolqarıstan və Rumıniyanı Şengen zonasına almağa tərəddüd edir.

Bahadur Seyidov