Böyük Britaniyada inflyasiya rekord vurdu



 16:35 08.12.2022     337

Böyük Britaniyada inflyasiya son 41 ilin rekordunu vurub.

Demedia.az xəbər verir ki, Britaniyada inflyasiya göstəriciləri 11 faizi keçib. Qiymətlərin artması sakinlər arasında etirazlar yaradıb. Tətil edən peşə sahiblərinin sayı artır. Bildirilir ki, işçilər iş şərtlərindən, məvaciblərin az olmasından şikayət edir. Tətil edənlər arasında müəllimlər, liman işçiləri, jurnalistlər və digər peşə sahibləri var. İnflyasiya səbəbilə İngiltərədə tez-tez yürüşlər təşkil edilir.

Hökumət tətillərin qarşısını almaq üçün tədbirlər hazırlayır. Məlumata görə, hökumət tətil etməkdə israr edən həmkarlar ittifaqlarına qarşı sərt cəzalar tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Bahadur Seyidov