Müdafiə üçün kritik bacarıqlara sahib deyilik - Borell



 17:28 08.12.2022     328

“Avropa Birliyi özünü müdafiə etmək üçün ehtiyac duyduğu bacarıqlara malik deyil”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell belə açıqlama verib. O bildirib ki, Avropa ölkələri müdafiə sənayesi tutumunu artırmalıdır. Borell qeyd edib ki, Ukrayna müharibəsi Avropa Birliyi üçün dərs olub.

“İllərlə müdafiəyə az miqdarda vəsait qoyduğumuz üçün hərbi ehtiyatlarımız sürətlə tükəndi. Ukraynaya etdiyimiz dəstəklər ehtiyatlarımızın tükənməsinə səbəb oldu. Müdafiə üçün kritik bacarıqlara sahib olmadığımızı müşahidə etdik” -  Borell qeyd edib.

Bahadur Seyidov