Səudiyyə Ərəbistanı ilə Çin arasında 34 investisiya sazişi imzalandı



 22:39 08.12.2022     651

Səudiyyə Ərəbistanı ilə Çin arasında 34 investisiya sazişi imzalanıb.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, Çin Sədri Si Cinpinin krallığa səfəri zamanı əldə olunan razılaşmalar investisiyalar naziri Xalid bin Əbdüləziz əl-Falih və Çin nümayəndələrinin iştirak etdiyi toplantıda imzalanıb.

Məlumata görə, müqavilələr yaşıl enerji, yaşıl hidrogen, fotovoltaik günəş enerjisi, informasiya texnologiyaları, bulud xidmətləri, nəqliyyat, logistika, tibb sənayesi, mənzil və tikinti fabrikləri kimi müxtəlif sektorları əhatə edir.

Bahadur Seyidov