Livan parlamenti növbəti dəfə prezidenti seçə bilmədi


Livan parlamenti artıq 9-cu toplantıdır ki, prezidenti seçə bilmir.
Demedia.az xəbər verir ki, prezidenti seçmək üçün təşkil olunan növbəti toplantıya 128 deputatdan 105-i qatılıb. Prezidentliyə iddialı namizəd Mişel Muavvad 39 səs toplayıb. 39 səs etibarsız sayılıb. 27 səs isə digər namizədlərə verilib. Bildirilir ki, prezident seçilmək üçün namizəd səslərin 2/3-ni toplamalıdır.
Qeyd edək ki, səlahiyyət müddəti bitən keçmiş Prezident Mişel Avn parlamentin 46-cı toplantısında seçilmişdi. Livan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkədəki vəziyyətin nəzarət altında olduğunu, prezident seçilənə qədər ordunun üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini açıqlamışdı.
Bahadur Seyidov