Dünyada iki dənə var: Məşhur avtomobil markası haqda maraqlı faktlar



 23:17 08.12.2022     1535

Türkiyənin İstanbul şəhərində ata və oğlu yararsız hala düşən klassik avtomobilləri alıb təmir edir və onları tamam başqa bir görünüşə salır.

Demedia.az xəbər verir ki, gənc mühəndis Məsut İşinçelik və atası Barış İşinçelik eyni dizaynlı avtomobildən iki dənə düzəldib.Biri Türkiyədə biri isə İtaliyadadır.

Gənc mühəndis namizədi İşinçelik deyib: "Hazırda məqsədim yerli və milli bir vasitə olan TOGG şirkətinə daxil olmaq, öz layihələrimi tamamilə yerli və milli səviyyədə reallaşdırmaqdır.

Atamla kiçik bir mağazada xəyallarımızı gerçəkləşdiririk. Biz klassik avtomobilləri toplayırıq. Bundan başqa, avtomobil texnologiyaları tələbəsiyəm. Layihələrimizi həyata keçirmək üçün icazə versələr, mümkün qədər çox təcrübə əldə edər və yerli və milli avtomobilimizi təcrübəli və gözəl şəkildə ortaya qoyaram. Bu, xəyalımdır.

Mən də Səlcuk Bayraktar kimi arzularımı gerçəkləşdirmək istəyirəm.
Hazırda dünyada arxamda duran iki avtomobil var. Daha doğrusu, bu dizayndan ikisi var. Çünki o, italyan dizaynerin maşınıdır. Dizayner dostumdur. Bizimki bunu İtaliyada hazırlayıb və hal-hazırda aktiv istifadə olunur".

Aysun / Demedia.az