“New York Times” qəzetinin işçiləri 24 saatlıq tətil etdi



 11:24 09.12.2022     340

ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin işçiləri 24 saatlıq tətil edib.

Demedia.az xəbər verir ki, 1000-dən çox işçi 24 saat işi dayandırıb. Buna səbəb iş müqavilələri ilə bağlı razılığın əldə edilməməsidir. “New York Times” qəzetinin rəhbərliyindən bildirilib ki, həm qəzet həm də işçilər müqavilələri razılaşdırmağa çalışır. Məlumata görə, qəzetlə işçilər arasında bağlanmış müqavilənin müddəti ötən ilin martında başa çatıb. Qəzet rəhbərliyi işçilərin tətil qərarından təəssüf hiss keçirdiyini ifadə edib.

Qeyd edək ki, sonuncu dəfə “New York Times” qəzetinin işçiləri 40 il əvvəl tətil elan etmişdi.

Bahadur Seyidov