18 yaşlı şəxs bələdiyyə sədri seçildi


ABŞ-da 18 yaşlı Jaylen Smith Arkanzas ştatındakı Earle şəhərinin bələdiyyə sədri seçilib.
Demedia.az xəbər verir ki, gənc 235 səslə birinci olub. Bununla da, Jaylen Smith ABŞ-ın ən gənc bələdiyyə sədrlərindən biri olub. Məlumata görə, Jaylen Smith həmçinin Afrika-ABŞ Bələdiyyə sədrləri dərnəyinin ən gənc nümayəndəsi olub. Buna qədər isə Afrika-ABŞ Bələdiyyə sədrləri dərnəyinin ən gənc nümayəndəsi 35 yaşlı şəxs hesab olunurdu.
Qeyd edək ki, Jaylen Smith Arkanzas Dövlət Univeristetində təhsil alır.
Bahadur Seyidov