Tayvan tiktokla bağlı qadağalar tətbiq etdi



 14:25 09.12.2022     336

Tayvan Çindən idarə edilən sosial media platformaları ilə bağlı qadağalar tətbiq edib.

Demedia.az xəbər verir ki, Çin sosial media platformalarının dövlət qurumlarına məxsus mobil telefonlarda və hökumət binalarında istifadəsi qadağan edilib. Tayvanın Daxili İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, Çinin sosial media platformaları ölkənin milli informasiya təhlükəsizliyinə təhlükə yaradır. Məlumata görə, qadağalara məruz qalan sosial media platformaları arasında Tiktok da var.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosu Tiktokun ABŞ üçün təhlükə törətdiyini bəyan etmişdi.

Bahadur Seyidov