“Time” nəşri iranlı qadınları "İlin qəhrəmanları” seçdi



 15:28 09.12.2022     322

ABŞ-ın “Time” nəşri 22 yaşlı Məhza Əmininin həyatını itirməsindən sonra başlayan etiraz aksiyalarının ön sıralarında yer alan qadınları “İlin qəhrəmanları” seçib.

Demedia.az xəbər verir ki, bu barədə “Time” nəşri məlumat verib. Qeyd edilib ki, Məhza Əmini “hicab qaydaları”nı pozduğuna görə nəzarətə alınandan sonra həyatını itirib. Bundan sonra başlayan etiraz aksiyalarının İrandakı ən uzun müddətli aksiyalar olduğu qeyd edilib. Xəbərdə etirazlarda iştirak edən iranlı qadınların “savadlı, dünyəvi, liberal” olduğu qeyd edilib.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərində aksiyalar nisbətən səngisə də davam edir.

Bahadur Seyidov